Xalq Bank ödəniş kartlarını Hesab.az-da pulsuz qazanın


Digərləri 06 Dek 2019 17:23:46 123 0

Xalq Bank ödəniş kartlarını Hesab.az-da pulsuz qazanın

Həyata keçirilən aksiyalar, xüsusi endirim kampaniyaları, əlverişli təkliflər mütəmadi olaraq müştəriləri sevindirir.

Bakı. Xalq Bank və Hesab.az portalının uzunmüddətli tərəfdaşlığı çərçivəsində həyata keçirilən aksiyalar, xüsusi endirim kampaniyaları, əlverişli təkliflər mütəmadi olaraq müştəriləri sevindirir. Bankdan Trend-ə verilən məlumata görə, cari ilin dekabr ayının 6-dan 13-dək Hesab.az portalının əsas səhifəsində https://bit.ly/36cEDlJ linki vasitəsilə keçərək xüsusi məlumat formasını dolduran hər istifadəçi Xalq Bankın 1 illik Visa Classic ödəniş kartını pulsuz əldə edəcək. Bu kartları əldə edən istifadəçilər isə yaxın zamanda bol hədiyyəli bayram kampaniyasında iştirak edəcəklər. Xalq Bankın ödəniş kartları, keçirdiyi kampaniya və aksiyalar haqqında daha ətraflı məlumatı bankın www.xalqbank.az korporativ səhifəsindən və 138 Məlumat Mərkəzindən əldə edə bilərsiniz.