Bakıda qadını döyərək xuliqanlıq edən şəxs saxlanılıb


Digərləri 06 Dek 2019 17:02:45 140 0

Bakıda qadını döyərək xuliqanlıq edən şəxs saxlanılıb

Bakıda xuliqanlıq törətməkdə şübhəli bilinən şəhər sakini saxlanılıb.

Bakı. Bakıda xuliqanlıq törətməkdə şübhəli bilinən şəhər sakini saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, “102” Zəng Mərkəzinə Binəqədi rayonunun Naxçıvani küçəsində “KİA” markalı avtomobilin sürücüsünün bir qadını döyərək avtomobilə oturub getməsi barədə müraciət daxil olub. Müraciətlə əlaqədar dərhal 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və həmin qadının Abşeron rayon sakini Ş.Rzayeva, onu döyən şəxsin isə Bakı şəhər sakini E.Əliyev olması müəyyən edilib.