Azərbaycan İlahiyyat İnstitutunun tələbələri ağacəkmə aksiyasında iştirak ediblər


Digərləri 06 Dek 2019 16:57:55 134 0

Azərbaycan İlahiyyat İnstitutunun tələbələri ağacəkmə aksiyasında iştirak ediblər

Azərbaycan İlahiyyat İnstitutunun tələbələri 650 min ağac əkilməsi aksiyasında iştirak ediblər

Bakı. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bu gün 650 min ağac əkilir. Trend-ə verilən məlumata görə, ağacəkmə aksiyasında ictimai xadimlər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların əməkdaşları, o cümlədən Azərbaycan İlahiyyat İnstitutunun tələbələri iştirak edirlər. Prezident İlham Əliyevin Sərəncamı ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin “Nəsimi İli” elan edilməsi, Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsü böyük sənətkarın adının əbədiləşdirilməsi, beynəlxalq aləmdə təbliği, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır.