Övladlığagötürmə ilə bağlı qaydalar layihəsi ictimai müzakirəyə çıxarıldı


Digərləri 06 Dek 2019 16:48:00 128 0

Övladlığagötürmə ilə bağlı qaydalar layihəsi ictimai müzakirəyə çıxarıldı

Övladlığagötürmə ilə bağlı qaydalar layihəsi ictimai müzakirəyə çıxarıldı

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi Qaydaları” layihəsi ictimai müzakirənin təmin edilməsi məqsədilə nazirliyin sosial.gov.az saytında yerləşdirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, vətəndaş cəmiyyəti instituları, mütəxəssis və ekspertlər, ayrı-ayrı vətəndaşlar http://sosial.gov.az/uploads/images/image_750x_5ddf6750e85de.pdf linkinə daxil olaraq layihə ilə tanış ola, rəy, irad və təkliflərini [email protected] ünvanına göndərə bilərlər.