Müdafiə Nazirliyi ağacəkmə aksiyasında iştirak edib (FOTO)


Digərləri 06 Dek 2019 16:31:00 103 0

Müdafiə Nazirliyi ağacəkmə aksiyasında iştirak edib (FOTO)

Azərbaycan Ordusunun hərbi hissələrində təşkil olunan aksiyada ümumilikdə 70 minədək müxtəlif ağac növləri əkilib.

Bakı. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar ölkəmizdə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, idarə və təşkilatları da qoşulub. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təbiətin qorunmasına töhfə vermək, ekoloji tarazlığın bərpasına və ətraf mühitin mühafizəsinə kömək məqsədilə keçirilən ağacəkmə aksiyasında Müdafiə nazirliyinin rəhbərliyi də iştirak edib. Azərbaycan Ordusunun hərbi hissələrində təşkil olunan aksiyada ümumilikdə 70 minədək müxtəlif ağac növləri əkilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin