Bakıda kafe sahibi tanışı tərəfindən öldürüldü


Kriminal 06 Dek 2019 16:14:00 187 0

Bakıda kafe sahibi tanışı tərəfindən öldürüldü

Bakıda kafedə qətl törtməkdə təqsirləndirilən Əmrah Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.

O, Əmrah Hüseynovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti proses dekabrın 9-da davam edəcək.

İttihama görə, hadisə paytaxtın Binəqədi rayonunda, 9 saylı yataqxananın qarşısındakı kafedə baş verib.

Həmin kafenin icarədarı, Şərur rayonunun Danzik kəndində anadan olmuş, 1972-ci il təvəllüdlü Zahid Sadıqovun üzərində xəsarətlər olan meyiti kafedə aşkar edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətl hadisəsini törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Əmrah Hüseynov tutularaq istintaqa cəlb edilib.