“Danışan məktub” filminin tiflo və surdo şərhli versiyasının təqdimatı olub (FOTO)


Digərləri 06 Dek 2019 16:04:00 157 0

“Danışan məktub” filminin tiflo və surdo şərhli versiyasının təqdimatı olub (FOTO)

“Bakutel 2019” sərgisi çərçivəsində “Danışan məktub” filminin tiflo və surdo şərhli versiyasının təqdimatı keçirildi

Bakı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyi tərəfindən “Danışan məktub” bədii filminin tiflo və surdo şərhi hazırlanıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, filmin bu versiyasının hazırlanmasında məqsəd görmə və eşitmə qabiliyyəti məhdud olan şəxslər üçün bərabər imkanların yaradılmasına dəstək olmaqdır. “Bakutel 2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi çərçivəsində filmin təqdimat mərasimi keçirilib. Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxış edib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən mütəmadi olaraq müxtəlif sosial tədbirlərin həyata keçirildiyini bildirən nazir müavini “Danışan məktub” bədii filminin görmə və eşitmə məhdudiyyətli insanlar üçün uyğunlaşdırılmasının əhəmiyyətindən danışıb. Elmir Vəlizadənin sözlərinə görə, bu film müharibə dövründən bəhs etdiyi üçün hazırda da öz aktuallığını qoruyub saxlayır.