Səbaildə ağacəkmə aksiyası keçirilib


Sosial 06 Dek 2019 15:54:52 141 0

Səbaildə ağacəkmə aksiyası keçirilib

Dekabrın 6-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizin bütün şəhər və rayonlarında olduğu kimi Səbail rayonunda da Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan ağacəkmə aksiyası keçirilib və mədəni konsert proqrammı təşkil olunub.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkənin bütün şəhər və rayonlarında olduğu kimi Səbail rayonunda da Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan ağacəkmə aksiyası keçirilib və mədəni konsert proqrammı təşkil olunub.

"Report"un xəbərinə görə, aksiya çərçivəsində Səbail rayonunda ümumilikdə 4800 müxtəlif növ ağac əkilib.

O cümlədən Abbasqulu Abbaszadə küçəsində bir hektar sahədə mindən artıq ağac əkilib.

Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vuqar Zeynalov, mədəniyyət xadimləri, rayon ictimaiyyəti, RİH başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, təsərrüfat xidmətləri, idarə və təşkilatların nümayəndələri, YAP fəalları və gənclər iştirak ediblər.

Tədbirdə çıxış edənlər Prezidentİlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bildiriblər. Azərbaycan vətəndaşlarının sosial məsələlərinin həllini, onların sağlamlığının qorunmasını prioritet sahələrdən biri kimi müəyyənləşdirib. Bu istiqamətdə indiyədək çox sayda layihələr icra olunub. Bu layihələr sırasında əhalinin sağlam ekoloji mühitdə yaşaması məsələsinə də xüsusi diqqət yetirilir. Ölkəmizdə həyata keçirilən ekoloji siyasət nəticəsində yeni yaşıllıqların salınması, mövcudlarının qorunması ilə yanaşı, eyni zamanda, əvvəllər heç bir yaşıllıq olmayan sahələrdə də ağacəkmə aksiyalarının keçirilməsi Azərbaycanda ekoloji durumun yaxşılaşdırılmasına mühüm töhfələr verir, yaşıllıq zonalarının sahəsini artırır.

Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da xüsusi diqqət yetirir. Ölkəmizdə yeni yaşıllıqların salınmasında və mövcud yaşıllıq sahələrinin qorunmasında Fondun töhfəsi olduqca böyükdür. Bu məsələdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə ekoloji durumun daha da yaxşılaşdırılması, yeni yaşıllıqların salınması məqsədi ilə icra olunan layihələr də mühüm əhəmiyyət kəsb edir.

Yüksək bayram əhval-ruhiyyəsində keçirilən tədbirdə ərazidə təmizlik işləri aparılıb,ağacların dibi quru otlardan təmizlənib, yeni əkiləcək ağacların damcı üsulu ilə suvarılması üçün su xətləri çəkilib.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək