İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Naftalanda minlərlə ağac əkilib (FOTO)


Digərləri 06 Dek 2019 15:53:00 137 0

İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Naftalanda minlərlə ağac əkilib (FOTO)

Naftalanda şəhər rəhbərliyinin iştirakı ilə genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.

Bakı. Azərbaycanın dahi şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində dekabrın 6-da respublikamızda, o cümlədən Naftalanda şəhər rəhbərliyinin iştirakı ilə genişmiqyaslı ağacəkmə aksiyası keçirilib. Şəhər sakinləri yaşıllıqların artmasına töhfə verəcək və ekoloji mühitin yaxşılaşdırılmasına yönəlmiş bu nəcib təşəbbüsə həvəslə qoşulublar. Aksiya şəhərin Ş.Qurbanov, Z.Tağıyev, İ.Nəsimi küçələrində, Ş.Qurbanov küçəsi ilə Z.Tağıyev küçələrinin kəşisməsində, Şirvan prospektində və S.Vurğun parkında keçirilib. Musiqi sədaları altında keçirilən aksiyada şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və xidmət təşkilatlarının kollektivləri tərəfindən minlərlə Eldar şamı, tuya və çinar ağacı əkilib. Əkilən ağaclar insanların sağlamlığına müsbət təsir göstərməklə yanaşı, kurort şəhəri Naftalanın ümumi mənzərəsinə yeni çalarlar əlavə edib.