Bu ilin sentyabr ayında ABŞ-ın neft ixracı rekord səviyyəyə yüksəlib


İqtisadiyyat 06 Dek 2019 14:57:05 186 0

Bu ilin sentyabr ayında ABŞ-ın neft ixracı rekord səviyyəyə yüksəlib

​Bu ilin sentyabr ayında ABŞ-ın neft ixracı rekord səviyyəyə yüksəlib

Bu ilin sentyabr ayında ABŞ-ın neft ixracı idxalı gündəlik 89 min barel üstələyib.

"Report" bu barədə ABŞ-ın Enerji İnformasiya İdarəsinə (EIA) istinadən xəbər verir.

Məlumata görə, sentyabr ayında ABŞ-ın neft idxalı 8,668 mln. barel, neft ixracı isə 8,757 mln. barel olub. Bununla da ölkənin xam neft və neft məhsullarını əhatə edən neft ixracı 46 illik tarixi rekordunu yeniləyib.

Hazırda ABŞ-ın xam neft istehsalı 2009-cu ildən bəri 2,3 dəfə artaraq 12,1 mln. barelə çatıb.

Xatırladaq ki, keçmiş prezident Barak Obamanın 2015-ci ildə xam neft istehsalı üzərindəki qadağaları ləğv etməsi nəticəsində ABŞ-ı Səudiyyə Ərəbistan və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük xam neft istehsalçısı edib.