KİV: Suriyada ABŞ-ın hərbi bazası hücuma məruz qalıb


Dünya 06 Dek 2019 14:59:25 228 0

KİV: Suriyada ABŞ-ın hərbi bazası hücuma məruz qalıb

Suriyanın Dəyrəzzor (Deir Ez Zor) əyalətində Əl Ömər neft yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazası naməlum şəxslərin hücumuna məruz qalıb.

Suriyanın Dəyrəzzor (Deir Ez Zor) əyalətində Əl Ömər neft yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazası naməlum şəxslərin hücumuna məruz qalıb.

“Report” “Sana”ya istinadən xəbər verir ki, hadisə hərbi texnika və ləvazimat daşıyan yük maşını karvanının bazaya gəldiyi zaman baş verib. Amerikalı hərbçilər top atəşilə cavab veriblər.

Hərçənd “Al Arabiyya” xəbər verir ki, ölkənin silahlı müxalifət qrupu olan Suriya Demokratik Qüvvələri sözügedən bazaya hücum xəbərini təkzib edərək bunun hərbi təlim olduğunu iddia edib.