Rusiyalı reper azərbaycanlı meyxanaçı ilə duet oxudu


Şou-biznes 06 Dek 2019 14:59:00 222 0

Rusiyalı reper azərbaycanlı meyxanaçı ilə duet oxudu

Rusiyanın məşhur reperi Doni Blackstar maraqlı addım atıb.

Son.az axşam.az-a istinadən bildirir ki, o, "Youtube" platformasında 6 milyona yaxın baxış yığan azərbaycanlı meyxanaçı Elsəvər Qəmlinin mahnısını bəyənərək onunla duet oxuyub.

Belə ki, 5 il öncə platformaya yerləşdirilən "У моей девушки день рождения" adlı mahnı Doninin diqqətini cəlb edib. O, nəqarət hissəsini götürərək müğənninin mahnısı əsasında rep yazıb və "Youtube"a yerləşdirib.

"Bəzi ifaçılar bu mahnını fərqli təqdim etdilər. Amma mən bəstənin ilk ifaçısı Elsəvər Qəmli ilə əlaqə saxlayıb, mahnıya başqa yöndən yanaşdım. Nəticədə mahnı yüksək keyfiyyətlə işıq üzü gördü" deyə, Doni yazıb.