Bakıda genişmiqyaslı ağacəkmə kampaniyaları təşkil olunub (FOTO)


Digərləri 06 Dek 2019 14:40:28 211 0

Bakıda genişmiqyaslı ağacəkmə kampaniyaları təşkil olunub (FOTO)

Qaradağ rayonunda ağacəkmə aksiyası keçirilib

Bakı. Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gün ərzində 650 min ağacın əkilməsi bağlı təşəbbüsünə uygun olaraq Bakı şəhərində genişmiqyaslı ağacəkmə kampaniyaları təşkil olunub. Trend-in məlumatına görə, aksiyanın əsas məqsədi şairin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılmasıdır. Qaradağ rayonunda əsas magistral yol boyunca olan ərazidə keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Bakı Şəhər və Qaradağ Rayon İcra Hakimiyyətilərinin əməkdaşları, departament, idarə və təsərrüfat xidmətlərinin işçiləri, ümumulikdə 1000 nəfərə qədər insan iştirak edərək 2000-dən çox yeni ağac, əsas etibarilə Eldar şamı, kiparis, zeytun və iqlimə uyğun olan digər ağaclar əkiblər. Tanınmış mədəniyyət xadimləri və özfəaliyyət kollektivlərinin nümayəndələri tədbiri rəngarəng ediblər. Bu mühüm aksiyaya hazırlıq dövründə ağacların əkini üçün nəzərdə tutulan ərazi daş və digər tullantılardan təmizlənib, əkiləcək ağacların və digər yaşıllıqların suvarılması üçün su xətləri çəkilib.