Sumqayıtda ağacəkmə aksiyası davam edir (FOTO)


Digərləri 06 Dek 2019 14:44:35 254 0

Sumqayıtda ağacəkmə aksiyası davam edir (FOTO)

Sumqayıtda ağacəkmə aksiyası davam etdirilir

Bakı. Yaradıcılığı ilə türk ədəbiyyatına böyük təsir göstərmiş Azərbaycanın mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Birinci vitse-prezident Mehriban Əliyevanın ölkə üzrə bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə sumqayıtlılar da böyük həvəslə və mütəşəkkil şəkildə qoşulublar. Trend xəbər verir ki, dekabrın 6-da on minlərlə şəhər sakini, əmək kollektivlərinin üzvləri Azərbaycanda ilk dəfə həyata keçirilən belə genişmiqyaslı kampaniyada yüksək əhval-ruhiyyə ilə iştirak edirlər. Xatırladaq ki, dahi şairin 600 illik yubileyi xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə təntənəli surətdə keçirilib. Böyük söz ustadının 600 illiyi UNESKO-nun əlamətdar tədbirləri siyahısına daxil edilərək 1973-cü ildə ilk dəfə beynəlxalq miqyasda qeyd olunub. İmadəddin Nəsiminin poetik irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir. Nəsimi poeziyasının fəlsəfəsi təbiət gözəlliklərinin, saf bəşəri duyğuların, şəxsiyyət azadlığının tərənnümü üzərində qurulub və Azərbaycan ədəbiyyatının daha da zənginləşməsində misilsiz rol oynayıb.