İraqda ABŞ hərbçiləri növbəti hücuma məruz qalıblar


Dünya 06 Dek 2019 14:06:28 173 0

İraqda ABŞ hərbçiləri növbəti hücuma məruz qalıblar

İraqda ABŞ hərbçiləri daha bir hücuma məruz qalıb

İraqın Səlahəddin əyalətində ABŞ hərbçilərinin yerləşdiyi Bələd hərbi baza raket atəşinə tutulub.

“Report” İraqın Təhlükəsizlik Şəbəkəsinə istinadən xəbər verir ki, bazaya iki ədəd “Katyuşa” raketinin atılması nəticəsində insan tələfatı üz verməyib. Hücumun kim tərəfindən törədildiyi bildirilmir.

Qeyd edək ki, iki gün əvvəl Ənbər əyalətindəABŞ hərbçilərinin yerləşdiyi Əynüləsəd hərbi baza da raket atəşinə tutulmuşdu.