Tailandda hotel yandı - 400 nəfər təxliyə olundu


Digərləri 06 Dek 2019 14:04:56 148 0

Tailandda hotel yandı - 400 nəfər təxliyə olundu

Tailandın Pattaya şəhərində hotellərin birində yanğın olub

Bakı. Tailandın Pattaya şəhərində hotellərin birində yanğın olub. Trend-in məlumatına görə, hadisə ilə əlaqədar binadan 400 nəfərə yaxın şəxs təxliyə olunub. Yanğın nəticəsində xəsarət alan olmayıb. Qeyd olunur ki, yanğın hotelin fasadına ciddi ziyan vurub.