Bərdədə 3 otaqlı ev yanıb


Digərləri 06 Dek 2019 13:54:00 153 0

Bərdədə 3 otaqlı ev yanıb

Bərdə rayonunun Qarayusifli kəndində ümumi sahəsi 117 m² olan birmərtəbəli 3 otaqlı evdə yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, evin dəhlizinin və mətbəxinin yanar konstruksiyaları 22 m² sahədə, dam örtüyü 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.