Rəqsanədən Vasifə SƏRT SÖZLƏR:


Şou-biznes 06 Dek 2019 13:41:00 189 0

Rəqsanədən Vasifə SƏRT SÖZLƏR:

"Bizimləsən"də Günayla Raminin taleyi günlərdir müzakirələrə səbəb olur.

Son.az xəbər verir ki, seçim arasında qaldığı üçün doğma anasını yox, övladının anası olan Günay adlı xanımı seçdiyini açıqlayan Ramin, verilişdə ekspert qismində çıxış edən Vasif Məhərrəmli tərəfindən qınanıb. Müğənni Ramini anasını atıb yad qızını seçdiyinə görə efirdə tənbeh edib. 

Müğənninin bu addımı xanım həmkarı Rəqsanə İsmayılova tərəfindən tənqidə tuş gəlib. Moskvada yaşayan müğənni Vasifə Günaya qarşı çıxdığına görə aşağıdakı ifadələri işlədib:

"Düzdür, Ramilin anasının da haqqı var övladını düz yola çəksin, ancaq Raminə halal olsun, bu qıza, onun balalarına sahib çıxır. Baxıram müğənni dostlarım da o verliişdə bu tək, kimsəsiz, üç uşaqla çöldə qalan qadını qınayırlar, niyə? Nə etsin bu qadın? Üç balası üçün mucadilə aparır. Xoşbəxt olmaq onun da haqqıdır. Niyə qınayırsınız axı, niyə? İnsanın həyatı gətirməyəndə, tək qalanda onu əzmək lazımdır?