Mikayıl Cabbarov Simonyanın təxribat xarakterlı fikrinə cavab verdi


Siyasət 06 Dek 2019 13:47:00 145 0

Mikayıl Cabbarov Simonyanın təxribat xarakterlı fikrinə cavab verdi

Bu gün Bakıda Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans və TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclası keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, iclasda Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovun Ermənistanın ərazi idarəçiliyi və infrastruktur naziri Armen Simonyanın Şəhidlər xiyabanı haqda səsləndirdiyi təxribat xarakterlı fikrə cavab verib.

Qeyd edək ki, iclasda Ermənistanın ərazi idarəçiliyi və infrastruktur nazirinin müavini Armen Simonyan çıxışı zamanı bildirib: "Səfər proqramına Şəhidlər Xiyabanına ziyarət niyə daxil edilməli idi?! Yerevanda keçirilən 13-cü konfransda siyası məqsədlər güdülməmişdi. Hesab edirik belə platformaların proqramlara salınması qəbuledilməzdir".

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Armen Simonyanın təxribat xarakterli fikirlərinə cavab verib:

"Mən öz tərəfimdən mədəni hissənin təşkilinə görə qonşularımızın reaksiyasını yaxşı anlayıram. Anlamaq və qəbul etmək onlar üçün asan deyil. Biz konstruktiv yanaşmadan istifadə etməliyik, destruktiv deyil. Nəticələr ilk növbədə qonşu ölkədə görülür. Onlar nəqliyyat sahəsində bir sıra beynəlxalq layihərdən kənar qalıb. Ermənistan hər şeyə rəğmən dalandan çıxmaq istəmir. Burda TRACECA-nın mövcudluğu sərgiləndi. Səfər proqramı qəbul edilən zaman o insanların xatirəsinə hörmət diqqətdən kənar qala bilməzdi. Sizin paytaxtınızda faşizm üzərində qələbənin 75 illiyi yaxınlaşır və siz kimə abidə qoymusunuz? Mən sizi Heydər Əliyev Mərkəzinə dəvət edirəm ki, gəlin yaşadığıniz şəhərin, İrəvan xanlığının tarixi ilə bağlı məlumat əldə edin. TRACECA-nın karvanı isə öz yoluna davam edəcək".