İstanbul, Ankara və İzmirdən Azərbaycana ixrac 800 milyon dolları ötüb (ÖZƏL)


Digərləri 06 Dek 2019 13:40:17 185 0

İstanbul, Ankara və İzmirdən Azərbaycana ixrac 800 milyon dolları ötüb (ÖZƏL)

2019-cu ilin yanvar-oktyabr aylarında İstanbul, Ankara və İzmirdən Azərbaycana ixracın həcmi 891,045 milyon dollar təşkil edib

Bakı. Rufiz Hafizoğlu - 2019-cu ilin yanvar-oktyabr aylarında İstanbul, Ankara və İzmirdən Azərbaycana ixracın həcmi 891,045 milyon dollar təşkil edib. Bu barədə Trend-ə Türkiyənin Ticarət Nazirliyindən bildiriblər. Hesabat dövründə İstanbuldan Azərbaycana ixracın həcmi 732,384 milyon dollar (2018-ci ilin analoji dövrü ilə müqayisədə 17,95 faiz çox), Ankaradan ixracın həcmi 104,716 milyon dollar (9,42 faiz çox), İzmirdən ixracın həcmi isə 53,945 milyon dollar (5,3 faiz çox) olub. Nazirlikdən bildiriblər ki, 2019-cu ilin oktyabr ayında bu şəhərlərdən Azərbaycana ixrac 108,869 milyon dollara bərabər olub.