Sərxoş şəxs avtomobilin başına “oyun” açdı:


Dünya 06 Dek 2019 13:34:00 139 0

Sərxoş şəxs avtomobilin başına “oyun” açdı:

Türkiyənin Dənizli vilayətində küçədə gəzən 2 sərxoş şəxsdən biri, park edilmiş avtomobilin təkərini deşib, aynasını qırdıqdan sonra yerə yıxılıb.

Son.az Avtosfer.az-a istinadən xəbər verir ki, insident bu gün səhər 05.00 radələrində Ağqonaq məhəlləsində qeydə alınıb. Hadisənin görüntüləri isə təhlükəsizlik kamerasına düşüb.

Kadrlarda, küçədə gəzən və həddindən artıq sərxoş olan 2 nəfərdən 1-i, park edilmiş avtomobilin yanına yaxınlaşır və təkərini bıçaqla deşir. Ayaq üstə dayanmaqda çətinlik çəkən şəxs, təkəri deşdikdən sonra nəqliyyat vasitəsinin sağ aynasını qırır. Maşına zərər vuran şəxs daha sonra yerə yıxılır. Digər şəxs isə, yerə yıxılan və içkinin təsirindən ayağa qalxa bilməyən dostunu qaldırır.

Səhər avtomobilinin aynasının qırıq, təkərinin deşik olduğunu görən maşın sahibi, təhlükəsizlik kamerasına baxdıqdan sonra, polis bölməsinə gedərək şikayətçi olub.