50 yaşlı CeyLo yenə ana olmaq istəyir


Digərləri 06 Dek 2019 13:29:00 136 0

50 yaşlı CeyLo yenə ana olmaq istəyir

Dünyaca məşhur müğənni Cennifer Lopez yenidən ana olmaq fikrinə düşüb.

Son.az axşam.az-a istinadən bildirir ki, keçmiş beysbolçu Aleks Rodriqezlə sevgili olan sənətçi həyatının sevgisini tapdığını və ondan bir uşaq dünyaya gətirmək istədiyini bildirib. "People" jurnalına müsahibə verən müğənni "Tanrının planlarının içində var ya da yox, bilmirəm. Ancaq bir uşaq daha dünyaya gətirmək istəyirəm" deyib.

Qeyd edək ki, bu günədək 3 dəfə ərə gedən CeyLonun bir qızı və bir oğlu var.