Gürcüstanda yaşayan azərbaycanlılar Azərbaycanın ali məktəblərində ödənişsiz təhsil alacaqlar


Sosial 06 Dek 2019 12:20:52 124 0

Gürcüstanda yaşayan azərbaycanlılar Azərbaycanın ali məktəblərində ödənişsiz təhsil alacaqlar

Azərbaycan hökuməti&Gürcüstan vətəndaşları olan azərbaycanlıların Azərbaycanın ali təhsil müəssisələrində pedoqoji ixtisaslar üzrə təhsil almaları üçün kvota ayırıb.

Azərbaycan hökumətiGürcüstan vətəndaşları olan azərbaycanlıların Azərbaycanın ali təhsil müəssisələrində pedoqoji ixtisaslar üzrə təhsil almaları üçün kvota ayırıb.

Bu barədə “Report”a Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 2020-2021-ci tədris ilindən etibarənGürcüstan vətəndaşları olan azərbaycanlılar Azərbaycanın ali məktəblərində ödənişsiz təhsil alacaqlar və onlara təqaüd veriləcək:“Artıq Azərbaycan hökuməti tərəfindən kvota müəyyənləşdirilib. Bununla bağlı və eyni zamanda, sonradan həmin pedoqoqların Gürcüstandakı azərbaycandilli məktəblərdə işlə təmin olunmaları məsələsinin həlli üçün Azərbaycan və Gürcüstanın Təhsil nazirlikləri arasında danışıqlar planlaşdırılır. Növbəti tədris ili üçün bu kvotanın doldurulması ilə bağlı mexanizmlər müəyyənləşdiriləcək”.