Azərbaycanda oğurluğa görə axtarışda olan keçmiş məhkum iş başında yaxalanıb


Sosial 06 Dek 2019 12:25:45 120 0

Azərbaycanda oğurluğa görə axtarışda olan keçmiş məhkum iş başında yaxalanıb

Lökbatan qəsəbəsi ərazisindəki mağazaların birindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən T.Mustafayev saxlanılıb

Azərbaycanda oğurluğa görə axtarışda olan keçmiş məhkum iş başında yaxalanıb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, əməliyyatı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşları keçirib.

Belə ki,Lökbatan qəsəbəsi ərazisindəki mağazaların birindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən T.Mustafayev saxlanılıb.Saxlanılan Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş T.Mustafayevin Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olduğu da müəyyən edilib.