Müşfiqabadda 5 mindən çox ağacın əkilməsinə başlanılıb


Digərləri 06 Dek 2019 13:19:00 144 0

Müşfiqabadda 5 mindən çox ağacın əkilməsinə başlanılıb

"Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində Müşfiqabad qəsəbəsində 5 hektar ərazidə 5 mindən çox ağacın əkilməsinə başlanılıb. Bura zeytun, badam və əsasən, meyvə ağacları aiddir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Vüqar Kərimov deyib.

Onun sözlərinə görə, regionlarda bu gün ərzində artıq 50 min ağac əkilib:

"Müşfiqabad qəsəbəsinin ərazisində ictimai xadimlər, diplomatik korpus və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların nümayəndələrinin iştirakı ilə minlərlə ağac əkilir".