Azərbaycan Turizm Bürosu hotellərə ulduz verilməsi üzrə uyğunluğun qiymətləndirilməsi sertifikatı alıb


Digərləri 06 Dek 2019 12:26:42 68 0

Azərbaycan Turizm Bürosu hotellərə ulduz verilməsi üzrə uyğunluğun qiymətləndirilməsi sertifikatı alıb

Azərbaycan Turizm Bürosu hotellərə ulduz verilməsi üzrə uyğunluğun qiymətləndirilməsi sertifikatı alıb

“Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) bu günə qədər 3 000-dən artıq qurumu akkreditasiyadan keçirib”.

“Report” xəbər verir ki, bunu AzAK-ın direktoru Namiq Əliyev Azərbaycan Turizm Bürosunun (Büro) baş icraçı direktoru Florian Zenqstşmidlə görüşdə deyib.

Bununla belə, onun sözlərinə görə, həmin qurumlar arasında turizm sahəsində fəaliyyət göstərəni yoxdur.

“AzAK bu ilin oktyabr ayına qədər tvinninq layihəsi həyata keçirib. Hazırda Mərkəz işini Avropa standartlarına uyğun qurur”, - N.Əliyev əlavə edib.

Görüşün sonunda AzAK Büroya hotellərə ulduz verilməsi üzrə uyğunluğun qiymətləndirilməsi sertifikatı verib.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək