Bakıda taksi sürücüsü bıçaqla hədələnib


Sosial 06 Dek 2019 12:58:31 119 0

Bakıda taksi sürücüsü bıçaqla hədələnib

Bakıda taksi sürücüsü bıçaqla hədələnib.

© Courtesy İmage

Bakıda taksi sürücüsü bıçaqla hədələnib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki,Xətai Rayon Polis İdarəsinin34-cü Polis Şöbəsinə müraciət edən Ağsu rayon sakini İ.Şirəliyev dekabrın 5-də idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində minən şəxsin onu bıçaqla hədələyib içərisində 100 manat olan pulqabısını aldığını və Yasamal rayonu ərazisində yerləşən “Qələbə” dairəsinin yaxınlığına sürdürərək orada düşərək getdiyini bildirib.

Bakı Şəhər Baş Polis İdarəsininCinayət Axtarışı İdarəsi və 34-cü Polis Şöbəsiəməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən İmişli rayon sakini O.Salamzadə qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.