Ağcabədidə ağacəkmə aksiyası keçirilir (FOTO)


Digərləri 06 Dek 2019 12:58:00 81 0

Ağcabədidə ağacəkmə aksiyası keçirilir (FOTO)

Ağaclar Mingəçevir-Bəhramtəpə magistral avtomobil yolunun Ağcabədi rayonu ərazisindən keçən hissəsində əkilir

Bakı. Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsünü böyük rəğbətlə qarşılayan ağcabədililər genişmiqyaslı kampaniyada ruh yüksəkliyi ilə iştirak edirlər. Nəcib və xeyirxah aksiya zamanı rayon ərazisində yerli şəraitə uyğun minlərlə həmişəyaşıl və meşə ağaclarının əkilməsi planlaşdırılır. Ağaclar Mingəçevir-Bəhramtəpə magistral avtomobil yolunun Ağcabədi rayonu ərazisindən keçən hissəsində əkilir. Yaşıllıqların artırılmasına, ekoloji mühitin yaxşılaşdırılmasına töhfə verəcək nəcib aksiyada idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər, sadə vətəndaşlar iştirak edirlər. Əkilən ağaclar suvarılır və onlara aqrotexniki qaydada qulluq göstərilir. Bayram əhval-ruhiyyəsi ilə keçən tədbirdə rayonun incəsənət ustaları musiqi nömrələri ilə çıxış edirlər. Böyük şairin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan bu nəcib təşəbbüsə respublikamızın bütün bölgələrində geniş ictimaiyyət nümayəndələri, həmçinin dövlət və hökumət qurumlarının, diplomatik korpusun, icra hakimiyyətləri orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri və könüllü gənclər qoşulublar. Bu genişmiqyaslı tədbirə Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadının doğulduğu Şamaxı rayonunda start verilib.
Biləsuvarda ağacəkmə aksiyası keçirilib - FOTO like
  • 06 Dek 12:52  
Sosial Biləsuvarda ağacəkmə aksiyası keçirilib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dah

arrow Ətraflı
Bakıda həyat yoldaşını bıçaqlayan şəxsin istintaqı başa çatıb like
  • 06 Dek 12:52  
Sosial Bakıda həyat yoldaşını bıçaqlayan şəxsin istintaqı başa çatıb

Bakıda həyat yoldaşına ağır xəsarət yetirməkdə təqsirləndirilən Xə

arrow Ətraflı
BMT rəsmisi: "Arzu edirəm ki, milyonlarla ağac əkilsin və Azərbaycan yamyaşıl ölkə olsun" like
  • 06 Dek 12:51  
Siyasət BMT rəsmisi: "Arzu edirəm ki, milyonlarla ağac əkilsin və Azərbaycan yamyaşıl ölkə olsun"

"Abşeron rayonunun Müşfiqabad qəsəbəsində Azərbaycanın Birinci vit

arrow Ətraflı
Bakıda ağır qəza: KİA yük maşınını aşırdı like
  • 06 Dek 12:49  
Digərləri Bakıda ağır qəza: KİA yük maşınını aşırdı

Bakıda baş vermiş qəza anı kameraya düşüb. 

arrow Ətraflı
Azərbaycanda hotellərin aldıqları ulduzlara uyğunluğu yoxlanılacaq like
  • 06 Dek 12:48  
Digərləri Azərbaycanda hotellərin aldıqları ulduzlara uyğunluğu yoxlanılacaq

Azərbaycan Turizm Bürosu ölkədəki hotellərə ulduz verilməsi üzrə yeni

arrow Ətraflı
Bakıda qadını döyərək xuliqanlıq edən sürücü saxlanılıb like
  • 06 Dek 12:46  
Sosial Bakıda qadını döyərək xuliqanlıq edən sürücü saxlanılıb

Binəqədi rayonunda qadına qarşı xuliqanlıq edilib

arrow Ətraflı
Sumqayıtda istehlak üçün yararsız olan 227 kq ət məhv edilib like
  • 06 Dek 12:44  
Sosial Sumqayıtda istehlak üçün yararsız olan 227 kq ət məhv edilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakç

arrow Ətraflı
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda ağacəkmə aksiyasında iştirak ediblər like
  • 06 Dek 12:43  
Sosial Prezident İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda ağacəkmə aksiyasında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehri

arrow Ətraflı
BMT rəsmisi: Arzu edirəm ki, milyonlarla ağac əkilsin və Azərbaycan yamyaşıl ölkə olsun like
  • 06 Dek 12:39  
Digərləri BMT rəsmisi: Arzu edirəm ki, milyonlarla ağac əkilsin və Azərbaycan yamyaşıl ölkə olsun

Abşeron rayonunun Müşfiqabad qəsəbəsində Azərbaycanın Birinci vitse-pre

arrow Ətraflı