Müşfiqabadda 5 mindən çox ağacın əkilməsinə başlanılıb


Digərləri 06 Dek 2019 12:59:55 138 0

Müşfiqabadda 5 mindən çox ağacın əkilməsinə başlanılıb

Müşfiqabad qəsəbəsində 5 hektar ərazidə 5 mindən çox ağacın əkilməsinə başlanılıb.

Bakı. İlhamə İsabalayeva - Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində Müşfiqabad qəsəbəsində 5 hektar ərazidə 5 mindən çox ağacın əkilməsinə başlanılıb. Bura zeytun, badam və əsasən, meyvə ağacları aiddir. Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Vüqar Kərimov deyib. Onun sözlərinə görə, regionlarda bu gün ərzində artıq 50 min ağac əkilib: "Müşfiqabad qəsəbəsinin ərazisində ictimai xadimlər, diplomatik korpus və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların nümayəndələrinin iştirakı ilə minlərlə ağac əkilir".