Vladislav Krikli: "TRACECA nəqliyyat dəhlizinin imkanlarını daha da genişləndirmək lazımdır"


Siyasət 06 Dek 2019 12:32:00 114 0

Vladislav Krikli: "TRACECA nəqliyyat dəhlizinin imkanlarını daha da genişləndirmək lazımdır"

"Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizinin imkanlarını daha da genişləndirmək lazımdır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ukraynanın infrastruktur naziri Vladislav Krikli Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat sazişinin imzalanmasının 20-ci ildönümünə həsr olunmuş tədbir və TRACECA Beynəlxalq komissiyasının Daimi katibliyinin 16-cı iclasında deyib.

Nazir bildirib ki, dəhlizin inkişafı çərçivəsində üzv ölkələr tərəfindən tariflərin eyniləşdirilməsi məsələsi çox vacibdir:

"Üzv ölkələr daşıyıcılar arasında əlaqələrin genişləndirilməsi məsələsinə də böyük diqqət ayırmalıdır".