Prokuror Suriyada terrorçulara qoşulmaqda təqsirləndirilən dəstəyə 20 il cəza istədi


Digərləri 06 Dek 2019 12:32:56 146 0

Prokuror Suriyada terrorçulara qoşulmaqda təqsirləndirilən dəstəyə 20 il cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada terror təşkilatına qoşulmaqda təqsirləndirilən Bilal İsmayılov və Əfqan Aslanovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada terror təşkilatına qoşulmaqda təqsirləndirilən Bilal İsmayılov və Əfqan Aslanovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Trend-in məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyib. Prokuror təqsirləndirilən şəxslərin hər birinin 10 il azadlıqdan məhrum edilməsini istəyib. Proses dekabrın 14-də davam etdiriləcək. İttihama görə, təqsirləndirilən şəxslər 2013-cü ildə Suriyada qanunsuz silahlı birləşmələrin tərkibinə qoşulublar və təlimlərdə iştirak ediblər. Hər iki şəxs 2019-cu ildə həbs edilib.