SOCAR rəhbərliyi həlak olmuş və itkin düşmüş neftçilərin xatirəsinə 33 ağac əkib


İqtisadiyyat 06 Dek 2019 11:11:32 122 0

SOCAR rəhbərliyi həlak olmuş və itkin düşmüş neftçilərin xatirəsinə 33 ağac əkib

SOCAR rəhbərliyi 2015-ci il dekabrın 4-də təbii fəlakət zamanı həlak olmuş və itkin düşmüş həmkarlarının xatirəsinə Pirallahı rayonunda ucaldılmış abidəni ziyarət edib

© Report / Firi Salim

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyi 2015-ci il dekabrın 4-də təbii fəlakət zamanı həlak olmuş və itkin düşmüş həmkarlarının xatirəsinə Pirallahı rayonunda ucaldılmış abidəni ziyarət edib.

"Report" xəbər verir ki,SOCAR rəhbərliyi dəniz neftçilərinin istifadə etdiyi helikopter meydançasının qarşısında ucaldılmış abidənin ətrafındafəlakət qurbanlarının xatirəsinə 33 ağac əkib.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək