Mikayıl Cabbarov: "2020ci ildə BTQ ilə yük daşımalarının həcmi 15 milyon tondan çox olacaq"
Digərləri 06 Dek 2019 11:17:00 163 0
"Gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu ilə yük daşımalarının illik həcmi 15 milyon tondan çox olacaq".
Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat sazişinin imzalanmasının 20-ci ildönümünə həsr olunmuş tədbir və TRACECA Beynəlxalq komissiyasının Daimi katibliyinin 16-cı iclasında deyib.
Nazir bildirib ki, Bakı-Tbilisi-Qars ölkələr arasında əlaqələrin genişlənməsində böyük rol oynayır:
"Hazırda bu marşrutla yük daşımalarının həcmi ildə 6 milyon ton, sərnişin daşımaları 1 milyon nəfərə bərabərdir".
Mənbə: milli.az