Mikayıl Cabbarov: 2020-ci ildə BTQ ilə yük daşımalarının həcmi 15 milyon tondan çox olacaq


Digərləri 06 Dek 2019 11:11:00 113 0

Mikayıl Cabbarov: 2020-ci ildə BTQ ilə yük daşımalarının həcmi 15 milyon tondan çox olacaq

Gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu ilə yük daşımalarının illik həcmi 15 milyon tondan çox olacaq

Bakı. Anastasiya Savçenko - Gələcəkdə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə yük daşımalarının illik həcmi 15 milyon tondan çox olacaq. Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat sazişinin imzalanmasının 20-ci ildönümünə həsr olunmuş tədbir və TRACECA Beynəlxalq komissiyasının Daimi katibliyinin 16-cı iclasında deyib. Nazir bildirib ki, Bakı-Tbilisi-Qars ölkələr arasında əlaqələrin genişlənməsində böyük rol oynayır: