Yevlaxda idarəetmədən çıxan avtomobil aşıb


Digərləri 06 Dek 2019 10:44:00 105 0

Yevlaxda idarəetmədən çıxan avtomobil aşıb

Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Xaldan qəsəbəsində qeydə alınıb.

Belə ki, idarəetmədən çıxan Çin istehsalı olan "Great wall" markalı avtomobil aşıb.

Qəza nəticəsində ağır kəllə-beyin travması alan rayon sakini, 1994-cü il təvəllüdlü Musayev Vüqar Musa oğlu rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.