Azərbaycanla Ukrayna arasında beynəlxalq yükdaşımaların həcminin daha da artırılması ilə bağlı addımlar müzakirə olunub


İqtisadiyyat 06 Dek 2019 10:06:29 100 0

Azərbaycanla Ukrayna arasında beynəlxalq yükdaşımaların həcminin daha da artırılması ilə bağlı addımlar müzakirə olunub

Azərbaycanla Ukrayna arasında nəqliyyat sahəsində mövcud əməkdaşlıq, gələcək inkişaf perspektivləri və görüləcək işlər barədə geniş müzakirələr aparılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ölkəmizdə səfərdə olan Ukrayna Respublikasının İnfrastruktur naziri Vladislav Krikliy ilə görüş keçirib.

"Report" bu barədə Nazirliyə istinadən xəbər verir.

Məlumata görə, görüş zamanı iki ölkə arasında nəqliyyat sahəsində mövcud əməkdaşlıq, gələcək inkişaf perspektivləri və görüləcək işlər barədə geniş müzakirələr aparılıb.

Eyni zamanda Azərbaycan və Ukrayna arasında beynəlxalq yükdaşımalarının səmərəli təşkili və həcminin daha da artırılması məqsədilə birgə addımların atılmasının vacibliyi vurğulanıb.