Mikayıl Cabbarov: "Səylərimizi birləşdirərək TRACECA-nın cəlbediciliyini artıra bilərik"


İqtisadiyyat 06 Dek 2019 10:36:53 135 0

Mikayıl Cabbarov: "Səylərimizi birləşdirərək TRACECA-nın cəlbediciliyini artıra bilərik"

​"Tarixi İpək yolunun bərpasında TRACECA ilk qığılcım olub"

© Report/ Firi Salim — Mikayıl Cabbarov

"Tarixi İpək yolunun bərpasında TRACECA ilk qığılcım olub".

"Report" xəbər verir ki, bu barədə Azərbaycan İqtisadiyyat naziriMikayıl Cabbarov Bakıda Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans vəTRACECAHökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə,TRACECAnəqliyyat dəhlizinin inkisafı üzv ölkələr üçün də mühüm əhəmiyyətə malikdir: "Səylərimizi birləşdirərəkTRACECA-nın cəlbediciliyini artıra bilərik".

Nazir Azərbaycanın tranzit potensialına diqqət çəkib:"Azərbaycanın Şərqlə Qərbin mərkəzində yerləşməsi,avtomobil yolları və dəmir yollarının inkişafı, Bakı-Tbilisi-Qars, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşası nəqliyyat sektorunun inkişafına şərait yaradıb və Azərbaycanın tranzit potensialı güclənib. Bakı-Tbilisi-Qars xüsusi olaraq vurğulanmalıdır. Bu nəqliyyat dəhlizi xalqlar arasında körpü rolunu oynayır".