ADU-da "Mən Çin heroqliflərinin hökmdarıyam" adlı diktant müsabiqə keçirilib (FOTO)


Digərləri 06 Dek 2019 10:02:00 142 0

ADU-da "Mən Çin heroqliflərinin hökmdarıyam" adlı diktant müsabiqə keçirilib (FOTO)

ADU-da "Mən Çin heroqliflərinin hökmdarıyam" adlı diktant müsabiqə keçirilib

Bakı. Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin heroqliflərinin biliklərinə dair ÇXR-nın yaranmasının 70 illiyinə həsr olunmuş "Mən Çin heroqliflərinin hökmdarıyam" adlı ənənəvi illik diktant müsabiqəsi keçirilib. ADU-dan Trend-ə daxil olan məlumata görə, müsabiqənin keçirilməsi formasına və yaradıcı yanaşmasına görə orijinal olan əsas məqsəd Çin dilinin öyrənilməsinə marağın artırılması, Çin heroqliflərinin gözəlliyinin anlaşılması idi. Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov iştirakçılara uğurlar arzulayaraq, Çin yazısının Çin mədəniyyətinin əsas sərvətlərindən biri olduğunu və Çin heroqliflərinin düzgün yazılmasının Çin dilinin öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.