ASK və Azərbaycan Dövlət Aqrar Universiteti arasında Anlaşma Memorandumu imzalandı (FOTO)


Digərləri 06 Dek 2019 09:53:07 124 0

ASK və Azərbaycan Dövlət Aqrar Universiteti  arasında  Anlaşma Memorandumu imzalandı (FOTO)

ASK və Azərbaycan Dövlət Aqrar Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

Bakı. “Azərbaycan Sənaye Korporasiyasi” (ASK) ASC ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında elm və təhsil sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. ASC-dən Trend-ə verilən məlumata görə, sənədi Korporasiyanın baş direktoru Kamran Nəbizadə və Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov imzalayıb. Memorandum tərəflərin aqrar sahədə elmi tədqiqatların aparılması, tələbələrin biznes ideyalarının, innovativ təşəbbüslərinin dəstəklənməsi, onların “Azərbaycan Sənaye Korporasiyasi” ASC-nin törəmə müəssisələrində təcrübə keçməsi və müxtəlif layihələr üzrə əməkdaşlıq məsələlərini əks etdirir. İmzalanan sənəd kənd təsərrüfatının müvafiq sahələri üzrə peşəkar kadrların hazırlanması, tələbələrin praktiki təlimlərə, tədris təcrübəsinə cəlb olunması, onlara praktiki vərdişlərin aşılanması, bu sahəyə marağın artırılması baxımından əhəmiyyətlidir.