ABŞ əlavə 7 minə qədər hərbçi göndərə bilər


Dünya 06 Dek 2019 09:44:00 132 0

ABŞ əlavə 7 minə qədər hərbçi göndərə bilər

ABŞ Müdafiə Nazirliyi bölgədə İranın fəaliyyətinə qarşısının alınması üçün Yaxın Şərqə əlavə 4-7 min hərbçi göndərməyi nəzərdən keçirir.

Son.az Trend-ə istinadən xəbər verir ki, əlavə qoşunların Yaxın Şərqə göndərilməsi Tehranın bölgədəki fəaliyyətindən artan təhlükə, həmçinin İrak ərazisinə raketlərin çatdırılması səbəbi ilə hava hücumundan müdafiəni gücləndirmək ehtiyacı ilə əlaqədar ola bilər.

Bildirilir ki, hazırda Pentaqonda Yaxın Şərqdə hansı əlavə hərbi imkanlara ehtiyac olduğu müzakirə edilir.