Nazir: Azərbaycan Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıqda maraqlıdır


Digərləri 06 Dek 2019 09:42:39 122 0

Nazir: Azərbaycan Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıqda maraqlıdır

Asiya İnkişaf Bankı ilə 20 il ərzində əməkdaşlıq Azərbaycan iqtisadiyyatına böyük töhfələr verib

Bakı. Eldar Canaşvili - Azərbaycan Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıqda maraqlıdır. Trend-in məlumatına görə, bunu Maliyyə naziri Samir Şərifov Azərbaycanla Asiya İnkişaf Bankı (AİB) arasında əməkdaşlığın 20-ci il dönümünə həsr olunmuş tədbirdə deyib. Onun sözlərinə görə, Asiya İnkişaf Bankı ilə 20 il ərzində əməkdaşlıq Azərbaycan iqtisadiyyatına böyük töhfələr verib. S.Şərifov Asiya İnkişaf Bankının Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi meqa layihəsinə həm birbaşa, həm də AİB-in zəmanəti ilə sindikatlaşdırılmış kreditlərin ayrıldığını deyib.