Hamilə modelin içki badəsi ilə paylaşımı gündəm oldu


Digərləri 06 Dek 2019 09:34:00 121 0

Hamilə modelin içki badəsi ilə paylaşımı gündəm oldu

İki aylıq hamilə olan türkiyəli model və aparıcı İpək Tanrıyarın son paylaşımı səs-küyə səbəb olub.

Son.az axşam.az-a istinadən bildirir ki, o əlində içki badəsinin fotosunu paylaşaraq "Ağac yaş ikən əyilir" yazıb. Modelin bu paylaşımı izləyiciləri özündən çıxarıb. Onlar hamilə qadına bu görüntünü yaraşdırmadıqlarını yazaraq, onu körpəsini təhlükəyə atmaqda günahlandırıblar. İpəkdən isə cavab gecikməyib. O, daha sonra sosial şəbəkədə "Bir qədəh şərab içdim, gördüm bütün itlər hürməyə başlayıb" deyə, yazıb.

Qeyd edək ki, model iş adamı olan əri Murat Evler ilə aprel ayında evlənib.