Bakıda əcnəbi qadını işə düzəltmək adı ilə aldadıb pulunu mənimsədilər


Digərləri 06 Dek 2019 09:33:43 105 0

Bakıda əcnəbi qadını işə düzəltmək adı ilə aldadıb pulunu mənimsədilər

Bakıda əcnəbi vətəndaşa qarşı dələduzluq edilib.

Bakı. Samir Əli - Bakıda əcnəbi vətəndaşa qarşı dələduzluq edilib. Trend-in məlumatına görə, bu barədə polisə İran vətəndaşı, Abşeron rayonu, Xırdalan şəhəri, M.Əcəmi küçəsi, dalan 3, ev 17-də yaşayan, 1975-ci il təvəllüdlü Tayarı Sadagh Masoumeh qızı şikayət edib. Qadın bildirib ki, bu ilin oktyabr ayında tanıdığı Anar adlı şəxs onu işə düzəldəcəyi ilə aldadıb 195 manatını alaraq mənimsəyib.