Floridada atışma: ölənlər var


Dünya 06 Dek 2019 09:04:00 116 0

Floridada atışma: ölənlər var

ABŞ-ın Florida ştatında polislərə cinayətkarlar arasında atışma baş verib.

Trend-in "CBS" telekanalına istinadən verdiyi məlumata görə, iki nəfər zərgərlik mağazasını qarət etməyə, daha sonra "UPS" şirkətinin yük maşınını oğurlamağa çalışıblar. Onlar yük maşınının sürücüsünü girov götürüblər və hadisə yerinə gələn polislərə atış açmağa başlayıblar.

Bildirilir ki, atışma zamanı cinayətkarlar polislər tərəfindən güllələnib. Bundan əlavə girov götürülən şəxs və insident baş verən ərazidən keçən dinc sakin də həlak olublar.