Son 10 ildə bu Avropa ölkəsində müsəlmanların sayı təqribən iki dəfə artıb


Digərləri 06 Dek 2019 08:07:00 199 0

Son 10 ildə bu Avropa ölkəsində müsəlmanların sayı təqribən iki dəfə artıb

Son 10 ildə Norveçdə müsəlmanların sayı praktiki olaraq iki dəfə artıb.

Son.az bildirir ki, AZƏRTAC Norveç Statistika İdarəsinin yeni məlumatlarına istinadla xəbər verir ki, hazırda ölkədə 175 500 sakin müsəlman konfessiyasının üzvü kimi qeydə alınıb ki, bu da 10 il əvvəlkindən təqribən 90 faiz çoxdur, çünki 2009-cu ildə müsəlmanların sayı 92 700 nəfər təşkil edib. Məlumatlara görə, təkcə 2018-2019-cu illərdə ölkədə müsəlman əhalisi 5,2 faiz artıb.

Eyni zamanda Norveç kilsəsinə daxil olmayan dini qrupların və icmaların üzvlərinin sayı son on ildə 57 faiz artaraq 431 min nəfərdən 678 min nəfərə çatıb. Onların təqribən 54 faizi müxtəlif xristian konfessiyaların, təqribən 26 faizi müsəlman icmasının üzvləridir.