Fil ovuna görə 11 brakonyer 176 il həbs cəzasına məhkum edilib


Digərləri 06 Dek 2019 07:55:00 135 0

Fil ovuna görə 11 brakonyer 176 il həbs cəzasına məhkum edilib

Mozambik məhkəməsi Horonqos milli parkında qanunsuz fil ovladıqlarına görə 11 nəfəri 176 il həbs cəzasına məhkum edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hakim Martino Çeqere bu hökmün dövlətin brakonyerləri ən sərt şəkildə cəzalandırmaq qətiyyətinə dair siqnal olduğunu bildirib.

Mozambikdə 16 il davam edən vətəndaş müharibəsi (1976-1992) zamanı brakonyerlər heç bir məhdudiyyət olmadan fəaliyyət göstərirdi. Bu dövr ərzində Horonqos milli parkında yaşayan fillərin 90 faizi məhv edilmişdi. Fil dişlərinin satışından əldə edilən gəlirin bir hissəsi hökumət qüvvələrinə qarşı döyüşən üsyançıların dəstəklənməsinə sərf olunurdu.