Tramp BMT Təhlükəsizlik Şurası ölkələrinin səfirlərini KXDR və Əfqanıstan üzrə birgə işləməyə çağırıb


Digərləri 06 Dek 2019 07:45:28 85 0

Tramp BMT Təhlükəsizlik Şurası ölkələrinin səfirlərini KXDR və Əfqanıstan üzrə birgə işləməyə çağırıb

ABŞ prezidenti Donald Tramp BMT Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzv ölkələrinin daimi nümayəndələri ilə görüşdə Koreya yarımadasının nüvəsizləşdirilməsi və Əfqanıstan üzrə birgə işləməyə çağırıb

Bakı. ABŞ prezidenti Donald Tramp BMT Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzv ölkələrinin daimi nümayəndələri ilə görüşdə Koreya yarımadasının nüvəsizləşdirilməsi və Əfqanıstan üzrə birgə işləməyə çağırıb. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat xidmətinin bəyanatında deyilir. Bəyanatda bildirilir: "Prezident Tramp BMT Təhlükəsizlik Şurasının daimi nümayəndələrini qlobal çağırışlar üzrə - Koreya yarımadasının nüvəsizləşdirilməsindən Əfqanıstandakı sülh danışıqlarına qədər birlikdə işləməyə çağırıb. Prezident, eyni zamanda, qlobal təhlükəsizlik və rifah üçün təhlükə yaradan oyunçulara qarşı tədbirlər görməyə çağırıb".