Ümrə ziyarətinə gedən 14 özbək zəvvar Səudiyyə Ərəbistanına buraxılmayıb


Digərləri 06 Dek 2019 07:35:00 142 0

Ümrə ziyarətinə gedən 14 özbək zəvvar Səudiyyə Ərəbistanına buraxılmayıb

Ümrə ziyarətinə gedən 14 özbək zəvvar Səudiyyə Ərəbistanına buraxılmayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu zəvvarların viza qeydiyyatını Əndican vilayətindəki turizm firmalarından biri həyata keçirib. Vizaların saxta olduğunu Ciddə sərhədçiləri üzə çıxarıb və Özbəkistan vətəndaşları geri qaytarılıb.

Zəvvarların Özbəkistana qayıtmalarına ölkənin Ciddədəki Baş konsulluğu və "Özbəkistan Hava Yolları" şirkəti yardım edib.