Bu hotellərə gedənlər ya ölür, ya da qarət olunur SİYAHI


Digərləri 06 Dek 2019 07:28:00 120 0

Bu hotellərə gedənlər ya ölür, ya da qarət olunur  SİYAHI

Hotellərinin ərazisindən kənarda turistləri xoşagəlməz sürpriz gözləyən ölkələrin adları açıqlanıb.

Son.az xəbər verir ki, isti hava Latın Amerikasının əsas üstünlüyüdür. Bu isə qışda ruslar üçün cənnət deməkdir. Ancaq Cənubi Amerika ölkələrinə səyahət şəkildəki kimi görünməyə bilər.

"Sputnik" radiosunun redaktoru Elena Şpiz həmin ölkələrdə çətinliklərlə üzləşməmək üçün bəzi tövsiyələr verib:

"Əgər Cənubi Amerika ölkələrinə səyahətə gedirsinizsə, nəzərə almaq lazımdır ki, ideal şərtlər və gözəl mənzərə yalnız lüks hotellərdədir. Meksika, Braziliya və Venesuela xüsusilə riskli ölkələrdir. Oranın möhtəşəm təbiəti və bahalı hotelləri həddindən artıq yoxsulluqla qonşudur. Bu cür təzad kriminal hadisələrə yol açır".