Floridada polislərlə cinayətkarlar arasında atışma olub, ölənlər var


Digərləri 06 Dek 2019 07:14:00 162 0

Floridada polislərlə cinayətkarlar arasında atışma olub, ölənlər var

ABŞ-ın Florida ştatında polislərə cinayətkarlar arasında atışma baş verib

Bakı. ABŞ-ın Florida ştatında polislərə cinayətkarlar arasında atışma baş verib. Trend-in "CBS" telekanalına istinadən verdiyi məlumata görə, iki nəfər zərgərlik mağazasını qarət etməyə, daha sonra "UPS" şirkətinin yük maşınını oğurlamağa çalışıblar. Onlar yük maşınının sürücüsünü girov götürüblər və hadisə yerinə gələn polislərə atış açmağa başlayıblar. Bildirilir ki, atışma zamanı cinayətkarlar polislər tərəfindən güllələnib. Bundan əlavə girov götürülən şəxs və insident baş verən ərazidən keçən dinc sakin də həlak olublar.